Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Prezident bu qurumu Mərkəzi Banka birləşdirdi – Səbəb

Baxılıb: 627     Tarix: 29-11-2019 15:49   

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilməsi və qanunvericilikdə maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi gözlənilən addım idi.
Qanunvehedef.az xəbər verir ki, bunu iqtisadçı Pərviz Heydərov qeyd edib. O bildirib ki, Palata ötən dövrlər ərzində çox effektsiz xarakter daşıdığını sübuta yetirmişdi:
“Ölkə Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılan Palata ötən 3 il 10 aylıq dövrdə fəaliyyəti ərzində çox effektsiz xarakter daşıdığını, faktiki olaraq heç bir halda yenilik gətirmədiyini sübut etmişdi”.
Ekspert MBNP-nun yaranma səbəblərini bir daha xatırladıb:
“Palata ona görə yaradılmışdı ki, ölkə iqtisadiyyatının maliyyə sektorunda dayanıqlıq təmin olunsun və bu sahədə nəzarət tədbirləri gücləndirilsin. Başqa sözlə desəm, ölkənin qiymətli kağızlar bazarında, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrində, habelə ödəniş sistemlərində çeviklik və şəffaflıq əldə olunsun, eyni zamanda, bu sahələrdə tənzimləmə və nəzarət sistemi təkmilləşdirilmiş formada təşkil edilsin. Bütün bunlar təşəkkül tapmadı”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar