Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrandan növbəti şok: Səfiri səhvən saxlamışıq

Baxılıb: 675     Tarix: 12-01-2020 17:16   

Böyük Britaniya səfiri Robert Makaire qanunsuz aksiyada iştirak edən naməlum əcnəbi vətəndaş kimi saxlanılıb. Onun şəxsiyyəti məlum olduqdan sonra dərhal buraxılıb.
Qanunvehedef.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib.
“O, qanunsuz yığıncaqda iştirak edən naməlum əcnəbi kimi saxlanılmışdı. Polis mənə deyəndə ki, saxlanılan şəxs Britaniyanın səfiri olduğunu iddia edir, mən inanmadım. Yalnız onunla telefonla danışdıqdan sonra bildim ki, odur. 15 dəqiqə sonra o, azad edildi”, - Araqçı bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın Tehrandakı səfiri Rob Makaire polis tərəfindən saxlanılmışdı. Makairenin Tehrandakı tələbələrin etiraz aksiyasını təşkil etməkdə ittiham edildiyi vurğulanıb. Bu səbəbdən səfir polis idarəsində sorğu-sual edilib, daha sonra sərbəst buraxılıb. Onun yenidən polis idarəsinə gedəcəyi və ifadə verəcəyi bildirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar