Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“SİZ SEÇİN ŞƏMKİR QAZANSIN ”

Baxılıb: 1 307     Tarix: 31-01-2020 22:45   
 
9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputatlığa bitərəf namizəd Elfaq Məzahir oğlu Səfərov 22 iyun 1977-ci ildə Şəmkir şəhərində anadan olub.
Elfaq Səfərov hüquqşünasdır. Prokurorluq orqanlarında çalışıb. Qulluq fəaliyyəti ilə yanaşı, Baş Prokurorluğun Elm-Tədris mərkəzində eləcə də Ədliyyə Akademiyasında aparılan təlim-tədris proseslərində yaxından iştirak edib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. İxtisası üzrə aspirantdır.
Seçki prosesinə münasibət bildirən deputatlığa namizəd Elfaq Səfərov dövlətimiz tərəfindən namizədlərə şəffaf və ədalətli rəqabət şəraitinin yaradıldığını vurğulayaraq, demokratik prinsiplərin əsasını təşkil edən azad seçki hüququ mühitinin daha da inkişaf etdirilməsini müsbət hal kimi qiymətləndirib. Daha sonra O, Milli Məclisə keçiriləcək növbədənkənar seçkiləri, Prezident İlham Əliyev tərəfindən aparılan islahatların məntiqi davamı olduğunu və bu islahatların dövlət başçısının ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılmasına yönələn məqsədyönlü siyasətinin tərkib hissəsi kimi dəyərləndirdiyini bildirib.
Deputatlığa namizəd Elfaq Səfərovun Şəmkir şəhər sakinləri ilə görüşləri davam edir. Sakinlərlə növbəti görüşün, 1 fevral, saat 15:00-da Şəmkir şəhər Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Xöşbəxt Əzizqızı

 
 

 



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar