Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev Yaponiyanın yeni baş nazirinə məktub göndərdi

Baxılıb: 528     Tarix: 17-09-2020 10:44   

Prezident İlham Əliyev Yaponiyanın Baş Naziri Yosihide Suqaya təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Baş Nazir,
Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar