Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Frattini İlham Əliyevə məktub göndərdi

Baxılıb: 878     Tarix: 14-10-2020 17:39   

İtaliyanın sabiq Xarici İşlər naziri Franko Frattini Prezident İlham Əliyevə məktub göndərib.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
Hörmətli cənab Prezident, Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin və Dağlıq Qarabağın digər ətraf ərazilərinin atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasına gətirib çıxaran son qarşıdurmanı həyəcanla izləyirəm.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi insanların həlak olması ilə əlaqədar Sizə başsağlığı verir və yaranmış vəziyyətdən dərin narahatlığımı ifadə edirəm.
Hamı beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir.
Ehtiyac yaranarsa və faydalı olarsa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün öz təcrübələrindən istifadə edərək kömək göstərməyə hazırdırlar.
Məhz bu cür vəziyyətlərdə bütün səviyyələrdə dialoqun aparılmasına ehtiyac var. Bu işdə Sizə dəstək verməyə hazırıq.
Məmnuniyyətlə İtaliya qəzetində Sizin məxsusi müsahibənizi görmək istərdim. Cənab Prezident, xahiş edirəm Sizə yüksək hörmət və ehtiramımızı qəbul edin.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar