Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Poyeziya

Baxılıb: 587     Tarix: 10-02-2020 13:36   
 
MƏMMƏDOVA TÜRKAN İMAMƏLİ QIZI

(Bu şeiri anam Ofeliya xanımın timsalında bütün analara ərmağan edirəm)
 

ANA
Anadı dünyaya gətirən evladı,
Nazını çəkərək qayğı göstərən.
Siması nurludu, çiçək qoxulu...
Tanrının payıdı, mələkdi ana!
***
Tanrı göndərdi ananı hədiyyə bizə,
Dünyaya gətirdi bizi analar.
Gecələr yuxusuz, yorğundu onlar,
Gündüzlər tər qönçə, çiçəkdi ana!
***
Laylası hüzur verir insana,
Nəğməkardı onlar, şairdi onlar.
Siması gülərüz, dili bal kimi,
Qəlblərdə yaşayan sevdadı ana!
***
Havadan, günəşdən siması yanmış,
Zəhmətkeş əlləri sinəyə çökmüş,
Ananın tərilə çiçəklər bitmiş...
O sehrli əllərə qurbanam, ana!
***
Tanrının payıdı, mələkdi ana,
Cənnət də sərılıb ayağı altda.
Müqəddəs ayağı öpüb qucaqlayan,
Evladın qəlbində sevdadı, ana!
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar