Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bred Pitt “Oskar” aldı

Baxılıb: 604     Tarix: 12-02-2020 11:48   

Məşhur aktyor Bred Pitt Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatını alıb.
Kult.az xəbər verir ki, bu nüfuzlu mükafata aktyor “Bir dəfə Hollivudda” filmindəki ikinci roluna görə layiq görülüb.
Mükafatın 92-ci təqdimetmə mərasimi Los-Ancelesin “Dolbi” teatrında keçirilib.
İkinci rola görə mükafata layiq görülənlər arasında, həmçinin Tom Henks (“Qonşuluq üzrə çox gözəl gün”), Al Paçino (“İrlandiyalı”), Co Peşi (“İrlandiyalı”) və Entoni Xopkins (“İki ata”) də var.
Xatırladaq ki, rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Burada Leonardo di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.
Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan kişi aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar