Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu gün Milli Məclisdə büdcə müzakirələri davam etdiriləcək

Baxılıb: 645     Tarix: 13-11-2019 11:37   

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il ilin dövlət büdcəsinin müzakirələri davam etdiriləcək.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə "2020-ci il dövlət büdcəsi haqqında", "2020-ci il üçün yaşayış minimumu haqqında", "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında" qaunun layihələri, Milli Məclisin, Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər qanun layihələri olmaqla 11 məsələ daxildir.
Qeyd edək ki, parlamentdə büdcə müzakirələri ötən gün başlayıb və 3 gün davam edəcək. Ötən gün aparılan müzakirələrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri ölkə iqtisadiyyatı, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri haqqında ətraflı məlumat veriblər, eyni zamanda deputatlar budcə ilə bağlı təkliflərini səsləndiriblər. Bu gün dövlət büdcəsinin birinci oxunuşda qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar