Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yaqut həkimin təyin etdiyi dəqiq müalicə və müayinə övladımın görməsini bərpa etdi

Baxılıb: 836     Tarix: 16-10-2019 11:53   

Yaqut həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı müalicə böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Yaqut həkim gənc olmasına baxmayaraq, olduqca yüksək təcrübəyə malikdir.

Dr. Yaqut Əşrəfovanın həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.

Hüseynovlar ailəsi olaraq Nəbz Tibb Mərkəzinin kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edim ki, övladımın gözündə yaş axma, işıqdanqorxma, gözdən selikli-irinli ifrazatın axması, göz qapaqlarıın kənarlarının şişməsi, kirpiklərin bir-birinə yapışması kimi əlamətlər olurdu. Biz uşağı Nəbz Tibb Mərkəzinə gətirdik. Yaqut həkimin təyin etdiyi müalicə oğlumun gözündə olan problemləri aradan götürdü.
Hörmətlə: Arzu müəllim

Yaqut həkimin şəfalı əllərinin bəhrəsini bizdə gördük. Ona görədə Yaqut həkim başda olmaqla bütün tibbi personala öz təşəkkürümü bildirərək,onlara uzun ömür,möhkəm can sağlığı və işlərində yeni-yeni uğurlar arzu edirəm!!!..... Bu sətirlər Yaqut həkimin müalicəsindən şəfa tapan Bakı sakini Səfər Rzayevin “Qanunvehedef.az” saytına yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən görəcəyimə ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Yaqut həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, müalicə edəcəyik, xəstəlikdən qurtulacaqsan. Artıq müalicə öz bəhrəsini verir”. Mən həyata yenidən ümidimi bağladım .
Hörmətlə: Səfər Rzayev

Biz xüsusilə Nəbz Tibb Mərkəzinin həkim - oftolmoloqu Dr.Yaqut Əşrəfovaya və bütün tibbi personala təşəkkür edirik. Qanunvəhədəf. az Xəbər Portalı adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq, əzmlə çalışan böyük ehtiram sahibi həkim –Yaqut Əşrəfovaya Təşəkkürümüzü bildirərək; Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar