Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub - İki nəfər vəfat edib

Baxılıb: 741     Tarix: 25-05-2020 16:14   

Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 134 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2741 nəfər müalicə olunaraq sağalmış, 51 nəfər vəfat etmiş, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273.411 test aparılmışdır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar