Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dərini qoruyan və möhkəmləndirən vasitə...

Baxılıb: 1 246     Tarix: 02-06-2020 08:22   

İribuynuzlu mal-qara üçün yem olaraq istifadə olunan yonca qədim Midiya ordusunun işğal etdiyi ərazilərdən dünyaya yayılıb. Genetiklər onun 50-yə qədər növünü əldə ediblər. Göy bənövşəyi çiçəkləri dekorativ məqsədlərlə də istifadə olunur. Yazdan payıza qədər çiçəkləyən yonca nektarla olduqca zəngindir.
Qanunvehedef.az xəbər verir ki, yoncanın iltihabəleyhinə, spazmolitik, diuretik, antimikrob və antioksidant təsirləri var.
Tərkibində bol miqdarda B6 vitamini olduğuna görə orqanizmə zülalların sorulmasını sürətləndirir və ona görə də idmançılar ondan daha çox istifadə edirlər.
Zəngin zülal, vitamin və mineral tərkibi sayəsində yonca dərini qidalandırır, möhkəmləndirir, yaşlanmanın qarşısını alır, günəşin zərərli şüalarına qarşı dəri müqavimətini artırır. Ondan kosmetologiyada da geniş istifadə olunur.
Yoncanın heç bir toksik təsiri aşkar edilməyib. Lakin vərəm və autoimmun xəstəlikləri kəskinləşdirdiyindən həmin xəstəliklər və hamiləlik zamanı ondan istifadə etmək məsləhət görülmür.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar