Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda daha bir həkim SƏHLƏNKARLIĞI: 16 yaşlı yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı ÖLDÜ

Baxılıb: 648     Tarix: 14-08-2019 14:23   

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.
Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika"da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.
Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər.
Xatırladaq ki, 2018-ci ilin martında "StarMed" klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar