Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu türk ölkəsi Rusiyanın tərkibinə qatıla bilər - Müzakirə

Baxılıb: 705     Tarix: 14-09-2020 10:25   

Qırğızıstanda Rusiyanın tərkibinə daxil olmağın mümkünlüyü müzakirə olunur.
Qanunvehedef.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Moskvadakı qırğız diasporunun rəhbəri, Qırğızıstanın Rusiyadakı keçmiş səfiri Raimkul Attakurov bildirib:
“Tarixi tale bizim birlikdə olmağımızı təyin edib. Artıq uzun əsrlərdir ki, bir yerdəyik. Bizim ortaq tariximiz var və ümid edək ki, bu, uzun müddət davam edəcək. Hazırda bir çox qırğızlarda hətta bir respublika kimi Rusiyanın tərkibinə daxil olmaq üçün bu ölkəyə müraciət etməklə bağlı düşüncələr baş qaldırıb”.
Bu cür söhbətlərin həqiqətən Qırğızıstanda aparılıb-aparılmadığı sualını cavablandıran keçmiş səfir deyib: “Bəli, bu cür söhbətlər Qırğızıstanda mövcuddur. Burada – diaspor ictimaiyyəti arasında da bu fikirlər baş qaldırıb və müzakirə olunur. Əlbəttə, bunu dərhal və tez bir zamanda etmək olmaz. Ancaq mənim fikrimcə, bunu etmək lazımdır, çünki həyat özü bizi birliyə doğru itələyir”.
Attakurov qeyd edib ki, Qırğızıstan keçmiş SSRİ respublikaları arasında rus dilinin dövlət statusuna malik olduğu, konstitusiya dili olduğu yeganə ölkədir:
“Xalq özü bunun tərəfdarı kimi çıxış edir. Təbii ki, bizim Avrasiya İqtisadi İttifaqında olmağımız bir çox istiqamətdə müsbət təsir göstərir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar