Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İndi Qafqazda yeni era başlayır - KİV

Baxılıb: 520     Tarix: 05-03-2021 15:06   

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən geniş məqalə yerləşdirilib.
Qanunvehedef.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında şanlı Qələbəyə aparan yol, Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar barədə fikirləri yer alıb.
Məqalədə qeyd edilib ki, Prezident İlham Əliyev 30 ilə yaxın müddət ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanda torpaqların düşmən tapdağından azad edilməsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü siyasətdən, ordu quruculuğu və Silahlı Qüvvələrin ən müasir hərbi texnika ilə təchiz edilməsindən, pulsuz silah-sursatla təmin edilən Ermənistanın Qarabağda və sərhədyanı bölgələrdə törətdiyi təxribatların qarşısının alınmasından bəhs edib. Dövlət başçısı media nümayəndələrinə 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi, Türkiyə və Rusiyanın müşahidə missiyasının fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verib.
Ölkəmizin son 17 ildə keçdiyi inkişaf yolu, həyata keçirilən transmilli neft-qaz və nəqliyyat layihələrindən bəhs edilən məqalədə vurğulanıb ki, iqtisadi qüdrətə və beynəlxalq nüfuza malik olan Azərbaycanın rəşadətli Ordusu cəmi 44 gün ərzində möhtəşəm Qələbə qazandı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə yerinə yetirdi.
“İndi Qafqazda yeni era başlayır. Azərbaycan Prezidenti də bəyan edib ki, regionda sülhün, sabitliyin təmin edilməsi iqtisadi inkişafın rəhnidir və əvvəlki təcavüzkar siyasətindən əl çəkən Ermənistan da bu tərəqqidən faydalana bilər. Hazırda Ermənistanda baş verən gərgin proseslər, bəzi qisasçı qüvvələrin baş qaldırmasına münasibət bildirən Prezident İlham Əliyev onlara ciddi xəbərdarlıq edib və deyib ki, Azərbaycan Ordusu hər cür təxribatın qarşısını qətiyyətlə almağa qadirdir”, - deyə məqalənin sonunda qeyd edilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar