Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SOCAR Ukraynada daha bir məntəqə açır

Baxılıb: 638     Tarix: 03-01-2021 14:43   

Ukraynanın paytaxtı Kiyev şəhərində yaxın günlərdə SOCAR şirkətinə məxsus yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayacaq. Artıq son tamamlanma işləri gedir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”dən Azərtac-a məlumat verilib.
Yeni yanacaqdoldurma məntəqəsi avtomobillərin daha intensiv hərəkət etdiyi Stepan Bandera prospektində yerləşir. Bununla da “SOCAR Energy Ukraine”ın Kiyevdə yanacaqdoldurma məntəqələrinin sayı 13-ə çatacaq. Yeni komplekslərin üstün cəhəti onların xüsusi dizaynla müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir.
Bu il ərzində, həmçinin Xarkov və Dnepr şəhərlərində də yeni yanacaqdoldurma kompleksləri açılacaq.
Qeyd edək ki, “SOCAR Energy Ukraine” Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks, 2 yağ bunkerçisi daxildir. Onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar