Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat aldı

Baxılıb: 745     Tarix: 30-09-2024 11:29   

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaq.
Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar