Məscid əvəzinə kitabxanalar tikilməlidir -Tokayev

Qazaxıstanda gəncləri mütaliəyə təşviq etmək məqsədilə ölkədə məscidlərin əvəzinə kitabxanaların tikilməsi vacibdir.
Qanunvehedef.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Bir vaxtlar bizdə məscid tikmək dəbdə idi, hesab edirəm ki, kitabxanalar tikmək lazımdır. “Oxuyan millət” təşəbbüsü çərçivəsində yaxın vaxtlarda Astana və Almatıda gecə-gündüz fəaliyyət göstərəcək prezident kitabxanaları açılacaq. Tənqidi düşüncəni sadəcə “düymələrə sıxmaqla” inkişaf etdirmək mümkün deyil - bunun üçün mütaliə etmək lazımdır. Neyroşəbəkələr “Hərb və sülh” romanının 25 səhifəlik qısa məzmununu hazırlayaraq əsərin qalan hissəsini əhəmiyyətsiz hesab edib kənara ata bilər. Klassik ədəbiyyata bu cür yanaşma təhlükəli dərəcədə sadələşdirmədir”, - o bildirib.
Qanunvehedef.az




















