Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nümunəvi prokuror Məmməd Əliyevin və oğullarının daşıdıqları böyük potensial dəyərləndirilməlidir

Baxılıb: 6 577     Tarix: 28-03-2020 12:15   
​​​​  
Möhtərəm Prezidentimiz İlham Əliyevin ortaya qoyduğu qətiyyətli siyasi iradə ilə həyata keçirilən islahatlar, o cümlədən kadr islahatları, xüsusilə də islahatların gedişatında mühüm mərhələnin başlandığı keçən ilin noyabr-dekabr aylarından indiyədək ötən az bir müddət ərzində baş verənlər onu göstərir ki, dövlət və hökumət strukturlarında, parlamentdə zamanın çağırışlarına adekvat reaksiya verən şəxslər çalışmalıdırlar.

İndi isə xalqımız, bütün vətəndaşlar, eləcə də cəmiyyətimizin bütün zümrələrinin nümayəndələri - məmurlar, sahibkarlar koronavirus sınağı qarşısındadırlar. Zamanın bütün sınağlarına mətinliklə sinə gərmiş, nümunə kimi göstərilə biləcək elə kadrlar vardır ki, onlar dövrün tələblərinə həmişə cavab vermək imkanındadırlar. Başqaları xalqdan, ictimaiyyətdən gizlənəndə onlar həmişə xalqla bir yerdə olublar, kütləvi informasiya vasitələri ilə təmasdan qaçmayıblar. Çünki fəaliyyətləri şəffaf, alınları açıq, üzləri ağdır. Bu, onların üstün şəxsi keyfiyətlərindən irəli gəlir. Prinsiplərinə sadiq qalan, fəaliyyətində qanunun aliliyini, mənəvi-əxlaqi dəyərləri rəhbər tutan belə kadrlardan biri də prokuror Məmməd Əliyevdir.

Məmməd Ağalar oğlu Əliyev -1964-cü ildə anadan olmuşdur. 8 yaşında ikən Ulu Öndər Heydər Əliyevlə görüşmüşdür. Həmin vaxt Ulu Öndər onun adını soruşanda o “Mamed” deyə cavab vermiş, dahi Lider isə “Sənin adın Məhəmməddir” deyə onun başına qayğıkeş sığal çəkmişdir. İki ali təhsili vardır. Azərbaycan Respublikasında mühəndis, Rusiya Federasiyasında hüquqşünas təhsili alımışdır. SSRİ dövründə Moldaviyada, Krasnoyarskidə, Abakanda daxili qoşun hissələrində xidmətdə olmuş, 250 silahlı döyüş tapşırığı yerinə yetirərək komandanlıq tərəfindən iki dəfə Fəxri fərmana layiq görülmüşdür. O dövrdə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasına namizədliyə, 1985-1986-cı illərdə İnşaaat Mühəndisləri İnstitutunda partiya sıralarına üzvlüyə qəbul edilmişdir.

1988-1993-cü illərdə Azərbaycan xalq hərəkatına qoşulmuş, 1992-1993-cü illərdə yenicə formalaşan Yeni Azərbaycan Partiyasının öncüllərindən olmuş və Xətai rayonu üzrə YAP-ın ilk təftiş komissiyasının sədri seçilmişdir. Ziya Bünyadov, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Rafiq Qasımov, Ramiz Mirzəyev, İbrahim Mehdiyev, Kərim Ağayev, Turan Əliyev, Vüqar Rəhimzadə, Akif Qəmbərov kimi ziyalılarla birgə çiyin-çiyinə YAP-nın formalaşmasında əvəzolunmaz xidmətlər göstərmişdir.

1993-cü il fevral ayının 24-də, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməzdən öncə, təlatümlü vaxtlarda böyük övladına Heydər adını vermiş, Heydər Əliyevin 70 illiyi ilə bağlı “Səs” qəzetində “Hər iki Heydər yüz yaşasın” sərlövhəli məqalə ilə çıxış etmişdir. Buna görə o dövrün qaraguruhunun təzyiqlərinə məruz qalsa da heç nədən çəkinməmiş, hətta 1993-1994-cü illərdə böyük dövlət xadimlərimizdən Murtuz Ələsgərova ağır bədən xəsarəti yetirməklə, yaşadıqları evlərinin qarşısında xüsusi amansızlıqla Əjdər Xanbabayevi, Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu qətlə yetirdikləri illərdə ölümdən belə qorxmamış əqidəsindən dönməmişdir. O dövrdə üzdəniraq hakimiyyət nümayəndələrinin qoçuları Məmməd Əliyevi dəfələrlə ölümlə hədələsələr də, o, bu yoldan dönmədiyini kəskin şəkildə bildirəndən sonra onu izləmiş, ölümlə təhdid etmişlər. 1993-cü il iyun ayının 9-da onu Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısından əlisilahlılar təhqiramiz formada “BMW” markalı maşına əyləşdirmiş, daha ciddi cəzalandırmaq üçün Bakı Zooloji Parkının yaxınlığında olan “Çinar” restoranı istiqamətinə aparmış, Heydər Əliyevə dönük çıxmasını, çap etdirdiyi məqaləyə təkzib verməsini, övladına verdiyi Heydər adından imtina etməsini tələb etmişlər. Məmməd Əliyev bu tələblərə məhəl qoymadıqda, 12 may 1993-cü il tarixli, “Səs” qəzetinin 107-ci nömrəsində, Ulu Öndər Heydər Əliyevin 70 illik yubileyi ilə bağlı çap olunmuş “Hər iki Heydər yüz yaşasın” məqaləsi olan qəzeti məcburən Məmməd Əliyevə yedirtməyə cəhd etmiş, bununla da ürəkləri soyumamış, “Çinar” restoranının yaxınlığında olan heyvanxanadakı vəhşi canavarla təkbətək bir qəfəsə salaraq həyatına son qoymağa cəhd etmişlər.

1993-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə qəbul olmuş, 7 il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında işləmiş, 2000-ci ildə möhtərəm Prezident cənab İlham Əliyevin İƏ.-34 saylı imzaladığı “Zəmanət məktubu” ilə 36 yaşında, müstəsna halda Azərbaycan Prokurorluğuna şöbə prokuroru vəzifəsinə qəbul edilmişdir. Rəhbərlik tərəfindən üç dəfə növbədənkənar xüsusi rütbə ilə təltif edilmiş, iki dəfə “Təşəkkürnamə” almışdır.

2005-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Konstitusiya Günü münasibətilə Azərbaycan Ədəbiyyat Fondunun "Şərəf mükafatına layiq görülmüşdür. "Əmək, əmək haqqının səmərəli təşkilinin hüquqi təminatının təkmilləşdirilməsinin nəzəri metodoloji prinsipləri" adlı namizədlik dissertasiyasını bitirmişdir. Dövrü mətbuatda onlarla elmi məqalələri, Ulu Öndərimiz Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyevlə bağlı “Respublika”, “Azərbaycan”, “Korrupsiya və Qanun”, İki sahil”, “Səs”, “Qanun naminə”, “Xəzərdən dünyaya”, XXI əsr”, “Sportman Baku”, “Əbədi yol”, “Həyat”, “Zəfər qalası”, “Kafkas news” və bir çox saysız-hesabsız qəzet və jurnallarda məqalələri çap olunmuşdur.

"Azərbaycan Prokurorluğu", "Hüquqi dövlət və Qanun", "Elmi əsərlər" və "Hüquq problemləri”, "Sports MAN” elmi-kütləvi jurnallarında Məmməd müəllimin elmi məqalələri çap olunmuşdur. Bir çox dövlət tədbirlərində geniş məzmunlu çıxışları ilə dövlətimizin inkişafı və tərəqqisi yolunda televiziya kanallarindakı qürurverici müsahibələri ilə həmişə diqqət mərkəzindədir. “Dövlət İdarəçiliyi” jurnalının (redaksiya şurasının sədri, Prezident Administrasiyasının sabiq rəhbəri cənab Ramiz Mehdiyev olmuşdur-red.) 2012-ci il, No: 2(38) sayının “Siyasət” bölümündə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 10 illik Prezidentlik fəaliyyəti ilə bağlı Məmməd Əliyevin "Xalqımız və Dövlətimiz üçün uğurlu 10 il: Milli intibahın şərəfli mərhələsi" adlı məqaləsində Yeni Azərbaycanımızın inkişaf zirvəsini ğeniş çalarlarla mükəmməl göstərərək seçilən bir əsər yazmışdır. İşlədiyi 20 il ərzində Prezidentimiz cənab İlham Əliyevin tələbinə uyğun olaraq korrupsiya və rüşvətdən uzaq olmaqla bərabər, bu neqativ hallara qarşı amansız mübarizə aparmaqdadır.

Dəfələrlə televiziya ekranlarında, sosial mediada çıxışlarına görə ictimaiyyət tərəfindən qətiyyətli mövqeyi olan ziyalı, prinsipial prokuror kimi tanınmışdır.

Hazırda Bakı şəhər Prokurorluğunda şöbə prokuroru, ədliyyə müşaviridir. Prokuror vəzifəsində işlədiyi illər ərzində Məmməd Əliyev barədə peşəkar iş təcrübəsinə görə geniş ictimaiyyət tərəfindən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Bakı səhər prokuroru Əziz Seyidova dəfələrlə minnətdarlıq teleqramları göndərilmişdir. 

Hətta Rusiyada yaşayan həmvətənlərimizin yerli hüquq-mühafizə, cinayət təqibi orqanları tərəfindən haqsız incidildikləri vaxt öz əlaqələrindən istifadə edərək məsələnin müsbət həllinə nail olduğu üçün diaspor təşkilatları rəhbərləri də prokuror Məmməd Əliyevə öz təşəkkürlərini bildiriblər.

2019-cu ildə Bakı Karate-do Akademiyasının Fəxri Prezidenti seçilmişdir. Dövlətimizin rəsmi qurumları tərəfindən generallar − Səməd bəy Mehmandarov və Həzi Aslanov adına təsis edilmiş qızıl medallarla mükafatlandırılmışdır.

10 may 2013 cu il tarixdə Miniatür kitab muzeyinin qurucusu və rəhbəri Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təqdimatı əsasında Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibət ilə Məmməd Əliyev üzərində Heydər Əliyevin əksi həkk olunmuş qızıl "Nişanə" ılə mükafatlandırılmışdır.

Məmməd Əliyev üç oğul atasıdır. Övladlarının üçünü də vətənpərvər ruhda böyütmüşdür. Onlar Rusiya Federasiyasının tanınmış universitetlərində Beynəlxalq hüquq sahəsində aspirantura pilləsində həm təhsil alır, həm də işləyirlər.

Oğlu Cavanşir Əliyev Prezidentimiz İlham Əliyevin təhsil aldığı və dərs tədris etdiyi MQİMO-da 26 yaşlı hüquq elmləri doktoru, gənc alimdir. Hazırda “Beynəlxalq hüquq və Avropa hüququ” kafedrasında magistr səviyyəsi üzrə təhsil alan tələblərə dərs tədris edir.

Oğlu Heydər Əliyev Moskva Dövlət Sosial Münasibətlər Akademiyasının əyani şöbəsinin aspirantıdır.

Digər oğlu Ağalar Əliyev Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq üzrə magistratura pilləsində təhsil alıb.

Övladların üçü də ataları Məmməd müəllimin göstərdiyi yolla – Ulu Ondərimiz Heydər Əliyev yolu ilə gedəcəklərini qətiləşdiriblər.

Həyat yoldaşı Fəridə xanım Mövsümzadə tanınmış kimyaçı alim Əhməd Mövsümzadənin qızıdır, hazırda səhiyyə işçisidir.

Məmməd Əliyevin övladları bəzi başqa məmur övladları kimi təkəbbürlü deyillər, nail olduqları ilə öyünmür, dəbdəbəli həyat tərzi keçirmirlər. Əvvəla, onlar valideynlərindən onları ərköyün edəcək tərbiyə almayıblar. Üstəgəl, valideynləri onları təmtəraqlı həyat sürmələrinə yetəcək haram qazancın sahibi olmayıblar. Olub ki, Əliyev qardaşları valideynlərini xərcə salmamaq üçün xaricdə təhsil aldıqları şəhərlərdə dərsdən sonra supermarketlərdə və başqa zəhmət tutumlu iş rerlərində çalışıb öz zəruri xərclərini ödəyiblər. Yanılmarıq desək ki, məhz atalarından əxz etdikləri keyfiyyətləri, ədalətsizliklə barışmamaq hissi onların yolunda maneə olmuş, Azərbaycanda üksək dövlət qulluğunda işə düzəlmələrinə əngəl törətmişdir. Bu da başa düşüləndir: İnsanları heç vaxt varlıya-kasıba bölməyən, rüşvətdən, korrupsiyadan uzaq olan Məmməd Əliyev övladlarından ötrü hansısa daha yuxarı vəzifəli məmurun kabinetinin arxa qapısını döyən deyildir, nə də övladlar özləri bunu rəva görməzlər.

Ümid etmək olar ki, indi – Prezident Administrasiyasında, yerli icra hakimiyyəti orqanlarında, hökumət strukturlarında tərəqqiyönlü kadr islahatlarının getməsi fonunda Məmməd Əliyevin və oğullarının daşıdıqları böyük potensialı nəhayət ki görüb qiymətləndirəcəklər.

Xoşbəxt Məmmədovшаблоны для dle 11.2