Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran İsrailin daha bir qırıcısını vurub

Baxılıb: 864     Tarix: 18-06-2025 11:12   

İranın hava hücumundan müdafiə vasitələri ölkənin Varamin şəhəri üzərində İsrailə məxsus “F-35” qırıcı təyyarəsini vurub. 
Qanunvehedef.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər rəhbərliyinin nümayəndəsi Hüseyn Abbasi açıqlayıb.
Bildirilib ki, bu, iki ölkə arasında gərginliyin başlamasından bu yana İsrail Hərbi Hava Qüvvələrinin vurulan artıq beşinci “F-35” qırıcısıdır. Bundan əvvəl isə, İran iyunun 16-da İsrail ordusuna məxsus “F-35” vurduğunu bildirmişdi.
Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı “Rising Lion” əməliyyatına başlayıb. Əməliyyatın başladılmasına səbəb olaraq İranın nüvə proqramının məhv edilməsi göstərilib. İran isə cavabında İsrailə qarşı “Əsl vəd 3” əməliyyatına start verib. Əməliyyatlar çərçivəsində hər iki ölkədə dağıntı və insan tələfatı qeydə alınmaqdadır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar