Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Baxılıb: 664     Tarix: 19-06-2025 09:43   

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonunda magistral qaz kəmərinin müvafiq hissəsinin dayaqlar üzərinə qoyulması və qaz sızmasının ləğvi, Suraxanı rayonunda qaz xətti üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə 19.06.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlar və Stansiya Qala yaşayış massivlərində, Mərdəkan yeni yaşayış massivində, Daxili Qoşunlar ətrafında, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsində, Bahar, Dədə Qorqud və Sahil yaşayış massivlərində və Zığ bağlarında istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar