Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

14 SAYLI SEÇKİ DAİRƏSİNİN "QUTUSU" QORXAQ ADAMA ETİBAR EDİLİB - İMRAN QƏNBƏROV CİNAYƏTİ BİLİB XƏBƏR VERMƏYİB

Baxılıb: 661     Tarix: 25-09-2019 11:30   
 
Açılarkən ölkədə geniş rezonans doğurmuş "MTN işi" bağlanandan sonra gəlinən qənaətlərdən biri də bu oldu ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qəsbkar əməkdaşlarının hakimiyyətdə olduqları vaxt "kəsdikləri başa sorğu-sual olmadığı üçün" şantaj etdikləri şəxslər məhkəmədə dindirilərkən vaxtilə məruz qalmış olduqları şantaja bəhanə verən məsələlərə görə çox çək-çevirə salınmayıblar. Qəribədir ki, odioz generalların cinayətə sövq etdikləri, öz cinayətlərinə şərik qoşduqları, yaxud da, törətdikləri cinayəti bilib xəbər verməyən məmurlara (rabitəçilər istisna olmaqla) Femida öz sərt üzünü göstərməyib. Belələri ən pis halda vəzifədən kənarlaşdırılıb, ammaməsuliyyətə cəlb olunmayıblar. Aralarında hələ də vəzifədə qalanlar, irəli çəkilənlər, hətta başqa strukturlara keçirilərək daha mühüm vəzifə etibar olunanlar çoxdur. Şantaj olunanlar arasında malını-pulunu verib canını, azadlığını satın alanların vəziyyəti başa düşüləndir - gözükölgəli, əliəyri olublar deyə dirəniş göstərə, haqq səslərini ucalda bilməyiblər.    
Xeyli müddət Buzovna qəsəbəsi 1 saylı Xüsusi təyinatlı MKTB-nin 111 saylı MİS-nin rəisi, sonradan Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi vəzifəsində çalışmış, hal-hazıradək də 14 saylı Dairə Seçki Komissiyasının sədri vəzifəsini daşıyan İmran Qəmbərovun işlədiyi vəzifələrin öhdəsindən gələ bilməməsi barədə indiyədək dəfələrlə Xəzər rayon sakinlərinin şikayət xarakterli gileyləri yayılıb. Həmçinin o da bildirilib ki, İmran Qənbərov daşıdığı vəzifələri layiqlə yerinə yetirə bilməsə də, həmin vəzifələrin verdiyi səlahiyyətlərdən geninə-boluna istifadə etməklə, özünə külli miqdarda haram kapital toplaya bilib. Bir neçə il bundan əvvəl Qənbərovun sərvətinin natamam siyahısı da açıqlanmışdı.
Məlumatlarda o da qeyd olunur ki, İmran Qənbərov ictimai mövqeyindən, nüfuzundan istifadə edərək öz övladlarını da necə deyərlər, «yerbəyer» etmişdir. Belə ki, özü RİH-dəki vəzifəsindən uzaqlaşsa da, oğlu Anarı Xəzər RİH-nin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş Şöbəsində baş məsləhətçi vəzifəsinə oturdub. Özü 14 saylı Xəzər II Dairə Seçki Komissiyasının sədri olduğu halda, oğlanları Anarı və İlhamı 13 saylı Xəzər-Pirallahı DSK-nın həlledici səs hüquqlu üzvləri təyin etdirib. Belə çıxır ki, seçki komissiyalarından pul qazanmağa, həlledici səs hüququnu daşımağa layiq başqaları tapılmadı, bu vəzifələr məhz Qəmbərovlar ailəsi üzvlərinə etibar edildi?
Lakin bu yaxında əldə etdiyimiz məlumata görə, İmran Qənbərov "MTN işi"nin epizodlarının biri - MTN generalları tərəfindən Xəzər rayon sakini Əliəsgər Ağababa oğlu Əliyevin şantaj edilərək hədə-qorxu yolu ilə onun özünün və yaxın qohumlarının əlindən geniş bağ - torpaq sahələrinin alınması epizodu üzrə Bakı Hərbi Məhkəməsində dindirilib. İmran Qənbərov ifadəsində bildirib ki, o, Əliəsgər Əliyevin zərər çəkdiyi alqı-satqı əməliyyatında vasitəçilik etməyib, amma Əliəsgərin MTN əməkdaşları tərəfindən aldadıldığı barədə tanımadığı şəxslərdən eşidibmiş. Beləliklə, məlum olub ki,  İmran Qənbərov cinayəti bilib, qorxusundan xəbər verməyib. Ona qarşı  Cinayət Məcəlləsinin "cinayəti bilib xəbər verməmək" maddəsi ilə cinayət işi açılmalıymış, amma...
Ataların bir sözü var: "Ocaq yanmasa, tüstü çıxmaz". Sual olunur: İmran Qənbərov olsun ki, təqsirləndirilən deyil, şübhəli şəxs qismində deyil, lap elə şahid kimi niyə dindirilməliydi? Məsələ burasındadır ki, qəsbkar MTN generalları yerli şöbənin əməkdaşlarının vasitəsilə o vaxtlar Xəzər RİH başçısının müavini işləmiş Vaqif Həsənova göstəriş veriblər ki, qəsb etdikləri ərazidə məskunlaşmış məcburi köçkünləri oradan qovmaqda köməklik göstərsin. Vaqif Həsənov məhkəmədə dindirilərkən ifadə verib ki, həmin vaxt RİH-nin Təsərrüfat şöbəsinin müdiri işləmiş İmran Qənbərov da eyni məzmunlu göstəriş aldığını ona deyibmiş. Lakin Həsənovla Qənbərov köçkünlərin öhdəsindən gələ bilmədikləri üçün generallar Qaçqınkom sədri ilə danışaraq köçkünlərin mənzillə təmin olunmasına nail olmuş, bu yolla köçürülmələrinə razı salmışlar. Ümumiyyətlə, digər şahid ifadələrindən az qala belə təəssürat yaranıb ki, İmran Qənbərovun həmin vəzifədə işi - gücü paytaxtın kurortu sayılan Mərdəkan və Şüvəlan qəsəbələrində qeyri-dürüst torpaq alveri etmək olubmuş.  
Bütün bunlar belə düşünməyə əsas verir ki, İmran Qənbərovu seçki qutusuna qarovulçu qoymaq olmaz. Gözünün önündə seçki cinayəti baş verərsə, qorxusundan ağzını açmaz.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin də mövqeyini bildoirmək haqqını tanıyırıq.
Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar