Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu
Baxılıb: 717 Tarix: 19-04-2024 13:12
Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturları növbəti dəfə Parisin imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Observer Online” nəşrinin 18 apreldə yayımlanan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilib.
“Azərbaycanın təhlükəsizlik orqanında gedən cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan edib Parisə yola salan Bakının təcrübəsini bir neçə dövlət xüsusi həvəslə davam etdirir. Burkina-Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız diplomatı pozucu fəaliyyətlərinə görə “persona non-qrata” elan edərək ölkədən çıxarılmalarını təmin edib. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir”, - nəşr bildirib.
Nəşr “France 24” kanalına istinadla bildirib ki, rəsmi Paris diplomatların ölkədən qovulmasını əsassız hesab edib.
“Burkina-Faso rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk”, - Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan bildirib.
Paralel olaraq, Fransanın müstəmləkə siyasətindən tarix boyu əziyyət çəkmiş Yeni Kaledoniya dövlətinin nümayəndə heyətinin hazırda Azərbaycan Milli Məclisində rəsmi qonaq olduğu da məqalədə qeyd olunub:
“Bu sənəd Yeni Kaledoniya üçün həm də “yol xəritəsi”dir. Bu baxımdan Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verməsini istərdik”, – Yeni Kaledoniya Konqresinin komitə sədri Omayra Naiselin 18 aprel 2024-cü ildə Azərbaycan Milli Məclisindəki çıxışında deyib.
Fransa Respublikasının xaricdəki səfirləri arasında E.Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə səfir - Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə baş verənləri Parisdən izləyir”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər