Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənilərin hücumu: MŞ Rusiya Jİ-yə müraciət etdi

Baxılıb: 498     Tarix: 04-12-2019 13:29   

Azərbaycan Mətbuat Şurası Azərbaycan Televiziyasının Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin fəaliyyət göstərdiyi ölkənin Krasnodar vilayətinin Armavir şəhərində peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalması ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.
Şuradan verilən məlumata görə, müraciətdə bildirilir ki, Armavir şəhərində erməni terrorçusu, Böyük Vətən Müharibəsi illərində nasist Almaniyasının təşkil etdiyi legionda Sovet İttifaqına qarşı döyüşmüş Qaregin Njdeyə xatirə lövhəsi qoyularkən bu, yerli ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Z.Musayevin məsələ ilə əlaqədar ötən ay hazırladığı reportaj onun çalışdığı Azərbaycan Televiziyasında yayımlanıb. “Kəskin etirazın nəticə olaraq sözügedən xatirə lövhəsi sökülüb. Z.Musayev isə bununla bağlı yenidən reportaj hazırlayarkən təxminən 50-dək erməni onu mühasirəyə alıb, çəkiliş qrupunun kamerasını sındırıb, jurnalistin komputerini əlindən almağa cəhd göstərib. Aqressiv dəstə hətta polisin xəbərdarlığına da məhəl qoymayıb”, - deyə müraciətdə qeyd edilib.
Müraciətdə eyni zamanda bildirilib ki, söz və ifadə azadlığını boğmağa, jurnalistin peşə fəaliyyətinə zorakı üsullarla mane olmağa yönələn bu hadisə Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində dərin hiddət və təəssüf hissi doğurub:
“Baş vermiş hadisəyə qanun çərçivəsində layiqli qiymətin verilməsi oxşar halların gələcəkdə təkrarlanmaması baxımından önəmli və zəruridir. Əminik ki, nəinki Rusiyanın, eləcədə dünyanın aparıcı media qurumlarından olan Rusiya Jurnalistlər İttifaqı məsələyə münasibətdə adekvat hüquqi tədbirin seçilməsinə öz dəstəyini əsirgəməyəcəkdir. Sizdən bununla bağlı müvafiq kömək göstərməyinizi xahiş edirik”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar