Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında

Baxılıb: 587     Tarix: 22-08-2019 13:21   

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra yarışın statistik göstəriciləri açıqlanıb.
APA-nın məlumatına görə, UEFA həm komanda, həm fərdi göstəricilər üzrə ən yaxşı və ən pis “beşliy”i müəyyənləşdirib.
Artıq Çempionlar Liqası ilə vidalaşan Azərbaycan çempionu “Qarabağ”da qurumun siyahısında qalıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mənfi mənada fərqlənib.
Ağdam təmsilçisi ən çox qayda pozuntusuna yol verən komandalar sırasındadır. “Qarabağ” keçirdiyi 6 oyunda 72 qayda pozuntusuna yol verib. Təmsilçimiz Sloveniya “Maribor”u ilə birlikdə intizamsızlar siyahısında 4-5-ci yerləri bölüşür.
Ən çox fol edən komanda isə “Srvena Zvezda”dır. Serbiya çempionu 95 qayda pozuntusuna yol verib. “Ferensvaroş” (Macarıstan) 84, ÇFR (Rumıniya) 75 dəfə intizamsızlıq edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar