Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

BP Azərbaycanın neft ehtiyatlarını yenidən qiymətləndirib

Baxılıb: 1 633     Tarix: 17-06-2020 15:11   

Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib.
"APA-Economics"in BP-nin illik icmalına istinadən verdiyi məlumata görə, 2019-cu ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 1 mlrd. ton (7 mlrd. barel) təşkil edib ki, bu da 2018-ci ilin göstəricisinə bərabərdir.
Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş neft ehtiyatları 244,6 mlrd. ton və ya 1 733,9 mlrd. barel təşkil edib (Azərbaycanın payı – 0,4%).
Qeyd edək ki, BP şirkəti Azərbaycanda bir sıra neft-qaz layihələrin aktiv iştirakçısıdır. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun operatorudur. Azərbaycanda hasil edilən neftin böyük hissəsi məs bu yatağın payına düşür.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar