Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İcra başçısı Arif Qasımovun deputat İqbal Məmmədovun paytaxtın Nizami rayonundakı “toxunulmaz” şirkətindən xəbəri yoxdur?

Baxılıb: 750     Tarix: 23-08-2019 16:08   
 
 Sahibi olduğu “Relax” İstirahət və Turizm Mərkəzində baş verən insidentlə əlaqədar gündəmə gələn Lerikdən olan deputat İqbal Məmmədov KİV-də yayılan məlumatlara aydınlıq gətirərkən bildirmişdi ki, “Relax” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur. 
Məlum olduğu kimi, İqbal Məmmədova məxsus “Kaspi Yıldız” MMC-ni də Çingiz Məmmədov idarə edir. KİV-də yayılan məlumatlara görə, paytaxtın Nizami rayonunda yerləşən "Kaspi Yıldız” şirkətinin Türkiyədən gətirdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır. Bundan başqa, Rayon İcra Hakimiyyəti də daxil olmaqla, dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb. Eləcə də şirkətdə işləyib əmək haqqı ödənilməyən fəhlələrin rayon rəhbərliyinə və aidiyyati hökumət strukturlarına şikayətlərinin həllini tapmadığı, ört-basdır edildiyi deyilir.
Nizami rayonu rəhbərliyinin bu məlumatlara münasibətini öyrənmək üçün RİH başçısının köməkçisi Mübariz Həsənovla əlaqə saxladıq. O, başçı cənab Arif Qasımovun növbəti həftənin ikinci gününə kimi İH-də işdə olmayacağını deyərək, o üzdən münasibətini öyrənib onun əvəzinə danışa bilməyəcəyini, özününsə həmin məlumatlardan xəbərsiz olduğunu bildirdi.
Görünür, Mübariz Həsənovun heç internetdən də xəbəri yoxdur, mətbuatı izləmir.  
Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar