Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

TV-lərdə biabırçılıq baş alıb gedir: ar-namus... – Xalq artisti

Baxılıb: 593     Tarix: 01-10-2019 11:41   

Hazırda tamaşaçılarımıza mədəniyyətsizlik mədəniyyətdən daha çox təbliğ olunur.
Kult.az xəbər verir ki, bu sözləri İTV-nin efirində yayımlanan 3D proqramının qonağı olan xalq artisti Afaq Bəşirqızı deyib. O, bu məsələdə televiziyaları ittiham edib:
“Ona görə də biz burada tamaşaçını qınamamalıyıq. İnsan, aktyor, müəllim və ya hambal, hansı sənətin sahibi olursansa ol, sən öz şəxsiyyətini qiymətləndirməlisən. Sənin şəxsiyyətin yüksək olmalıdır. Çünki sənə gələnlər yalnız ifana baxmırlar. Ona görə də biz tamaşaçının arxasınca getməməliyik, onu öz araxamızca aparmalıyıq. Amma hansı formada gedirsən, bax, bu əsas məsələdir. Bu, çox böyük dərddir.
Mədəniyyətsizlik televiziyalar, sosial şəbəkələr tərəfindən təbliğ olunur”.
A.Bəşirqızı mədəniyyətsizliyin təbliği ilə məşğul olan televiziyaların adlarını çəkməkdən imtina edib:
“Hamı bilir ki, hansı kanallarda nələr gedir, nə biabırçılıqlar olur, hansı verilişlər verilir. Mən o kanalların adını çəkməkdən heç də qorxmuram. Sadəcə burada ajiotaj yaratmaq istəmirəm. Çünki bir neçə insan var ki, onlar məcburiyyət qarşısında, ailəsinə bir tikə çörək aparmaq üçün həmin kanallarda ya operatorluq, ya da səs rejissorluğu edirlər və s. Onlara hörmət əlaməti olaraq demirəm. Dadaş müəllim, siz özünüz də bilirsiniz ki, kanallarda hansı biabırçılıqlar, bayağı verilişlər, əttökən mövzular qoyulur ki, bu heç bir millətə, nə Qərb, nə də Şərq aləminə sığır. Belə bir mentalitet heç bir ölkədə yoxdur ki, deyək, biz filankəslərə oxşamışıq. Bilmirəm ki, ovuc boyda Azərbycanda niyə görə məhz bu sahədə özlərini Qərb ölkələri ilə müqayisə edirlər. Hətta bizim müğənnilərimiz, bəzi aktrisalarımız soyunmağı sənətdən üstün tutur. Efirlərdə məşuqunun adını çəkməyi, hətta onun titulunu da saymağı namusdan-ardan yüksək tuturlar”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar