Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Yaxın 20 ildə neftə olan tələbat artacaq" - Aleksandr Novak

Baxılıb: 618     Tarix: 26-02-2020 10:45   

Rusiyanın Energetika naziri Aleksandr Novak növbəti 20 ildə dünyada karbohidrogen iqtisadiyyatının qalacağına inanır. Üstəlik, neftə tələbat artacaq.
"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, dünyanın ən böyük ölkələrindən bir çoxu elektromobil və buna bənzər nəqliyyat vasitələrinə keçir. A. Novak vurğulayıb ki, buna baxmayaraq, onlar neftdən imtina etməyəcəklər. Belə ki, bu cür avtomobillər üçün elektrik enerjisi istehsal edilməlidir, bunun üçün qaz və ya kömür istifadə olunur, ya da külək, günəş və hidroenerji kimi bərpa olunan mənbələrdən.
Xatırladaq ki, bundan əvvəl A. Novak Rusiyanın 30 illik neft və 100 illik qaz ehtiyatlarına malik olduğunu bildirmişdi. Bu gün qlobal enerji balansındakı karbohidrogenlərin payı 85%-dir. 15 ildən sonra onun payı 75%-ə enəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar