Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mənzillə təmin olunmayan şəhid ailəsi qalmayacaq

Baxılıb: 441     Tarix: 01-03-2021 11:18   

Bakı, Sumqayıt və Abşeronda mənzillə təmin olunmayan heç bir şəhid ailəsi qalmayacaq. Proses həm də regionlarda öz həllini tapacaq. Bu il mənzil təminatı yalnız şəhid ailələri və müharibə əlillərini əhatə etməyəcək, valideyn himayəsindən məhrum olmuş internat məzunlarını, gözdən əlil və digər şəxsləri də əhatə edəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev qeyd edib ki, postmüharibə dövründə şəhid ailələrinin 99%-i bütün sosial ödənişlərlə təmin olunublar:
“Yaralıların 90%-i evlərində ziyarət olunub, 1 220 reabilitasiya vasitələri onlara təqdim olunub. 15 amputasiyası olan hərbçilərə ən müasir protezlər təqdim edilib”.
Nazirin sözlərinə görə, bu il əmək münasibətinin tənzimlənməsi üçün islahatlar davam etdiriləcək, əmək müqavilələrinin sayı artırılacaq, əməkhaqqı fondunun artırılması üçün stimullaşdırıcı tədbirlər görüləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar