Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

MM-də hərbi büdcəyə etiraz edildi

Baxılıb: 423     Tarix: 13-11-2019 13:37   

Büdcəni ümumilikdə müsbət qiymətləndirirəm. Hesab edirəm ki, büdcə layihəsi beynəlxalq iqtisadi proseslər nəzərə alınaraq hazırlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqda davam edəm müzakirələrdə çıxış edərkən deyib.
T.Kərimli həmçinin BP və digər beynəlxalq təşkilatların büdcəyə nə qədər vergi ödəməsi ilə maraqlanıb:
“Mənim bundan xəbərim yoxdur. Ancaq bu məlumatların açıqlanması müsbət olardı. İqtisadiyyat Nazirliyi bu məsələlərə diqqət etməlidir”.
Millət vəkili eyni zamanda 2023-cü ilə qədər müdafiə sahələrinə ayrılan vəsaitin azaldılmasına etiraz edib:
“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər azaldılır? Biz sosial büdcənin artırılmasına sevinirik. Bu müsbət hadisədir. Amma müdafiə məsələləri də əhəmiyyətlidir”.
Seçildiyi Ağsu rayonunda zəlzələ olduğunu xatırladan deputat bu hadisəyə dərhal reaksiya verən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Bildirib ki, məhz ölkə rəhbərliyinin hadisəyə operativ reaksiya verməsi və Fövqəladə Hallar Nazirliyinin aktiv işləməsi zəlzələnin nəticələrinin aradan qaldırılmasına səbəb olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar