Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şok istefa səbəbi: Eldəniz Quliyev MŞ-nı darmadağın etdi

Baxılıb: 623     Tarix: 16-05-2020 12:12   

Milli Şura üzvü Eldəniz Quliyev qurumdan istefa verməsinin səbəblərini izah edib.
Qanunvehedef.az xəbər verir ki, E.Quliyev bununla bağlı sosial şəbəkə hesabında yazı paylaşıb.
“Əgər istefanın səbəbini bir neçə kəlməylə izah etməli olsaydım, deyərdim: Mərdi qova-qova... namərd oldular!” sözü ilə açıqlamaya başlayan E.Quliyev qeud edib:
“Acı təəssüf hissiylə qeyd etməliyəm ki, bu gün Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi. Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və... o qrupun çəkisi ağır gəldi (?!). Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cür qəbul edə bilməzdim. Xalqın mental dəyərlərinin ayaqlar altına atılması Milli Şura üçün intihara bərabər hərəkət idi. Əlbəttə, xalqın belə yanaşmanı ikrah hissilə qarşılayacağı, bizləri sərt şəkildə qınayacağı şübhəsizdir. Sabah MŞ-ya kim inanacaq, kim dəstək verəcək? Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidini itirmək bahasına da olsa, belə talehyüklü məsələləri görməzdən gələk?!
Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli saydıram. Dəfələrlə bu haqda dedim, təkrar elədim, tələb, xahiş elədim. Ki, belə fəaliyyət, belə münasibət düzgün deyil, təhlükəlidir, bu yol birbaşa məğlubiyyətə aparır və s. və i.a.
Sözüm divara dəyib düşdü. Eşidilmədi. Qulaqardına vuruldu. Qəsdən. Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!.. Əks halda, hörmətli (inanın ki, bu an “hörmətli” kəlməsini zorla işlədirəm, - E.Q.) Cəmil Həsənli Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi beynəlxalq təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi... Mən yatıb heç yuxuda da görə bilməzdim ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı, ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara bunca sevgi nümayiş etdirərlər. Sədd-heyif!..
Mən bu sayaq mövqe sərgiləyən, ən başlıcası,siyasi-ictimai fəaliyyətimə utanc gətirən bir siyasi-ictimai (daha doğrusu, artıq tamami ilə siyasi) birlikdə qala bilərdimmi? Əsla!
Xalqın sayğısı, inamı və dəstəyi olmadan heç bir siyasi qurum demokratiya, eləcə də hakimiyyət uğrunda mübarizədə qalib gələ bilməz – kürreyi-ərz yığışsa da! Xalqı özündən uzaqlaşdırmaq, ONUN dininə, əxlaqına və mental dəyərlərinə hörmətsizlik eləmək və ONU bilə-bilə rəncidə salmaq, yumşaq desək, böyük qəbahətdir.
Xalqa cənnət vəd edib ONU cəhənnəmə aparmağa heç kimin haqqı-hüququ-ixtiyarı yoxdur!
Mən isə hələ də öz yerimdəyəm – prinsiplərimə, əqidəmə və uğrunda mücadilə apardığım ideallarıma sadiq olaraq qalıram və başqa cür ola da bilməz! Yola davam!”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar