Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev Paşinyanı diplomatik müstəvidə nakaut etdi" - RƏY

Baxılıb: 702     Tarix: 17-02-2020 13:20   
Xəbər verdiyimiz kimi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər.
Bununla bağlı Qanunvehedef.az-a danışan deputat Azər Badamov bildirib ki, dərin tarixi biliklər, fikirlərini səlis ingilis dilində ifadə etmək bacarığı, bədən dili ilə qarşısındakını darmadağın etmək istedadı prezdent İlham Əliyevin ən böyük xüsusiyyətidir: "Münhendə keçirilən canlı debatda bütün bu xüsusiyyətlər Paşinyanı diplomatik müstəvidə nakaut etdi. Paşinyanın savadsız ifadə etdiyi və əsaslı mənbəyi olmayan fikirlərinə tarixi faktlarla və tarixin necə baş verdiyini açılq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması erməni Baş nazirini çətin duruma saldı. İrəvanı ermənilərə güzəştə getməyimizi, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barəsində qərar qəbul edilməsini cənab İlham Əliyevin ifadə etməsi ermənilərin yalanlarını bir daha üzə çıxartdı. Hətta Stepankert adının yeni bir ad olduğunu və oranın əsil tarixi adı Xankəndi olmasını ölkə başçımızın dilə gətirməsi bir daha tarixə söykənən faktlarla Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasının təsdiqi idi. Debat zamanı ən maraqlı hissə də ondan ibarət oldu ki, Paşinyanın özü-özündən asılı olmayaraq Dağlıq Qarabağın Azərbaycanın torpağı olmasını etiraf etməsi və sonradan düzəliş etməyi çalışması idi. Xocalı soyqırımı törədənlərin adbaad məlum olduğunu, ermənilərin yalanları ilə "Arqumenti i faktı" qəzetində Ayaz Mütəllibovun adından istifadə edərək özlərinə haqq qazandırmaq cəhdlərinin ifşası ölkə başçımızın hərtərəfli bilikli olduğunun göstəricisi idшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar