Mərdəkan qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilib
Baxılıb: 1218 Tarix: 25-11-2026 15:23

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların gündəlik həyatında qarşılaşdıqları problemlərin yerində öyrənilməsi, müraciətlərin çevik şəkildə araşdırılması və əhalinin dövlət qurumları ilə birbaşa ünsiyyətinin təmin olunması məqsədilə Bakı şəhərinin qəsəbələrində səyyar qəbulların keçirilməsi davam etdirilir. Bu görüşlər sakinlərin qayğı və problemlərinin dinlənilməsi, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu çərçivədə, 24 noyabr 2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət sarayında sakinlərlə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul əməkdaşları, Mərdəkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, eləcə də rayonun müxtəlif idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd sakinlərin müraciətlərini birbaşa dinləmək, onları narahat edən məsələləri diqqətlə nəzərdən keçirmək, problemlərin həlli üçün aidiyyəti qurumlarla müzakirələr aparmaq və zəruri tədbirlərin görülməsini təmin etmək olub.
Qəbul zamanı Mərdəkan qəsəbə sakinləri onları narahat edən məsələlər, mövcud problemlər, eləcə də müxtəlif sahələr üzrə təklif və müraciətlərini rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin hər biri ilə bağlı müvafiq izahatlar verilib, araşdırılması və həlli tələb olunan problemlərin diqqətdə saxlanılması vurğulanıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov müraciətlərdə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması, həlli mümkün olan problemlərin operativ qaydada aradan qaldırılması və digər məsələlərin aidiyyəti üzrə nəzarətdə saxlanılması məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Səyyar qəbulların keçirilməsi vətəndaş-məmur münasibətlərində qarşılıqlı ünsiyyətin gücləndirilməsi, sakinlərin problemlərinin yerində öyrənilməsi və onların həlli istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə xidmət edir.
Ən çox oxunanlar
Son xəbərlər



















