Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bəzi ərazilərə yağış yağıb

Baxılıb: 981     Tarix: 26-11-2026 11:25   

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Qanunvehedef.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub, arabir intensiv xarakterli olub, şimşək çaxıb, dağlıq ərazilərə isə qar yağıb.

Yağıntılar gecə saatlarından tədricən kəsilib.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 15, Qobustan, Kişçayda (Şəki) 11, Zaqatalada 10, Balakəndə 9, Beyləqan, Zərdab, Kürdəmir, Tovuz, Lerikdə 8, Sabirabadda 7, Quba, Gədəbəy, Şahbuz, Lənkəran, Cəbrayılda 6, Qusar, Şamaxı, Oğuz, Gəncə, İmişli, Salyan, Yardımlı, Göygöldə 5, Neftçala, Yevlax, Tərtər, Göyçay, Astara, Ağdam, Qəbələ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Xaltan, Mingəçevir, Goranboy, Ordubad, Biləsuvar, Bərdə, Xızı, Şəmkir, Ağstafa, Naftalan, Daşkəsən, Naxçıvan, Culfa, Şərur, Şabranda 1-3 mm-dək qeydə alınıb.

Bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Oğuzda 21, Daşkəsən, Bərdə, Şəkidə 20, Goranboyda 19, Naftalan, Tərtərdə 18 m/s-dək güclənir.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar