Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Südabə Əliyeva Şərəfli həkim ömrü

Baxılıb: 1 239     Tarix: 19-03-2020 10:57   

-Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri Uniklinikanın osteopat-fizoterapevi, yüksək elmi biliklərə və praktik təcrübəyə malik Dr. Südabə Əliyevadan gedir.

-UniKlinika Tibb Mərkəzinin Fizioterapiya şöbəsində çalışan Südabə Əliyevanın məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Südabə həkim kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edir.
 -Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edir. Peşəkar həkiminin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır. Ömür insan üçün o zaman dəyərli olur ki, insanlara xidmət etsin, cəmiyyətdə özünə hörmət qazansın.Ən əsası isə əməlləri ilə Allah dərgahında əziz olsun. Südabə Əlıyeva üçün ən böyük mükafat, dəqiq müayinə edib, sağlam həyata qaytardığı insanların sevgisi,məhəbbətidir.

Hörmətli redaksiya!

-Mən də öz övladımı Südabə həkimin qəbuluna aparanda uşağın onurğası çox eybəcər idi və onun xarici görkəminə sözsüz ki, xələl gətirirdi. Həkim müayinə edərək : -Narahat olmayın. Bir qədər səbir sizdən, nəticə məndən deyərək fəaliyyətə başladı.


Uşaqda 3-cü dərəcəli onurğa əyilməsi müşahidə edilirdi. Bu problem oğlumda daha çox ağ ciyərlər və tənəffüs çətinliyi yaradırdı. Uşaq çox zəif inkişaf edirdi. Oğlumda boy artımı, zehni zəifləmə, raxitlik,
tərləmə müşahidə edirdim. Bu məni bir valideyn olaraq çox narahat edirdi. Südabə həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi fizioterapevtik və osteopatik müalicələr sayəsində övladımız sağlamlığına qovuşdu. Sizə borcluyuq qayğınıza görə.
=Həkim Südabə Əliyeva peşəkar osteopat olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir. Onun əlində olan şəfa, insanlara qarşı hörmət və qayğısı həkimin ilk növbədə əsil bir insan olmasının bariz nümunəsidir. Yaşından və tutduğu məqamlardan asılı olmayaraq, həkim Südabə həkimin qəbulunda olan şəxs kabinetdən çıxarkən: -Sağ ol həkim, var olsun şəfalı əllərin deyərək, minnətdar olduğunu bildirir.
=Öz peşəsinin ustadı olan Südabə xanım Əliyeva müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim, təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – ospeopat sözün əsl mənasında ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O təltif həkim Südabə xanımın xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır.
-Sözün əsl mənasında hippokrat andına sadiq həkim Südabə həkimə bütün ziyalı təbəqə, Media nümayəndələri və xalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar