Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ziya Yusif-zadənin 95 illik yubileyi qeyd edilib

Baxılıb: 815     Tarix: 21-02-2024 11:38   

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) ümummilli lider Heydər Əliyevin yaxın silahdaşlarından və onun peşəkarlıq məktəbinin sadiq davamçılarından olan, mərhum general-leytenant Ziya Yusif-zadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Qanunvehedef.az DTX-yə istinadən xəbər verir ki, tədbirdə təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın əməkdaşları, kursantlar və Ziya Yusif-zadənin ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş Ziya Yusif-zadənin keçdiyi xidmət yoluna nəzər salıb, Akademiyanın yaradıldığı ilk illərdə tədrisin təşkili, professor-müəllim heyətinin formalaşdırılması, təhsil səviyyəsinin davamlı yüksəldilməsi və bunun üçün lazımi infrastrukturun yaradılması istiqamətində gördüyü işləri, Akademiyanın onun rəhbərliyi altında qazandığı uğurlu təcrübəyə və müsbət ənənələrə söykənərək ölkənin təhsil sahəsində özünün layiqli yerini tutduğunu qeyd ediblər.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar