Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Xəzər rayonunda şəhid məzarlarının ziyarəti davam etdirilir

Baxılıb: 734     Tarix: 28-10-2025 11:51   

Vətən Müharibəsində şəhid olmuş  Məmmədov Nahid Vahid oğlunun,  Əliyev Orxan Ədalət oğlunun, Yusifov Ağaəli Vaqif oğlunun, Məmmədbəyli Natiq  Vahid oğlunun, Quluzadə Qurbanəli Elşad oğlunun, Qədirov Emin Asif oğlunun, Hacıyev Kamran Füzuli oğlunun, İsmayılzadə Vüsal Əlbəndə oğlunun  və Vətən müharibəsi qəhrəmanı Qasımov Ramiz Vaqif oğlunun anım mərasimləri keçirilib.
   Anım mərasimlərində İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, RİH başçısının müavini, şöbə müdirləri,  şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Anım mərasimlərində  Vətən müharibəsi şəhidlərimizin məzarları üzərinə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
  Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
    Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.

Qəni Hüsynov

Anım günləri ərəfəsində


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar