Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəzər RİH başçısının növbəti səyyar qəbulu Mərdəkan qəsəbəsində keçirilib

Baxılıb: 2 878     Tarix: 31-10-2025 13:31   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun növbəti səyyar qəbulu rayonun Mərdəkan qəsəbə sakinləri ilə keçirilib.
   Səyyar qəbulda  aparatın şöbə müdirləri, qəsəbə inzibati  ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri , eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.
   Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
   İcra başçısı Elşən Salahov çıxışında son illər respublikada və Xəzər rayonunda həyata keçirilən abadlıq, quruculuq və infrastruktur layihələri barədə məlumat verib, görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
   Mərdəkan qəsəbə sakinləri əsasən  ərazidə kanalizasiya sisteminin olmaması, ərazidə sahibsiz itlərin çoxluğu ətraf mühit və ictimai təhlüləsizlik baxımından narahatlıq yaratması,qəsəbənin bəzi küçələrində küçə işıqlarının olmaması sakinlər  üçün  təhlükəsizlik və rahatlıq problemləri yaratması ilə bağlı müraciətlər ediblər.
   Sakinləri narahat edən digər məsələlər də diqqət mərkəzində saxlanılıb, onların operativ həlli üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər verilib.

Qəni Hüseynov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar