Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp-Putin görüşü bu səbəbdən baş tutmayıb

Baxılıb: 780     Tarix: 31-10-2025 12:07   

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşün ləğv edilməsinin səbəbi bəlli olub. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Bildirilir ki, Tramp görüşü Putinin Ukrayna münaqişəsi ilə bağlı tələbləri səbəbindən ləğv edib.
“Qərar iki ölkənin yüksəkvəzifəli diplomatları (Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio - red.) arasında baş tutan gərgin telefon danışığından sonra qəbul edilib”, - nəşr yazır.
Xatırladaq ki, ölkə liderləri arasında yaxın zamanlarda Macarıstanda görüş keçirilməsi planlaşdırılırdı. Lakin daha sonra Ağ Ev görüşün baş tutmayacağını açıqlamışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar