Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mehdiyev Gürcüstandan ekstradisiya olundu

Baxılıb: 787     Tarix: 31-10-2025 13:43   

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Samir Salah oğlu Mehdiyevin ekstradisiyası haqqında qərar qəbul olunub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Samir Mehdiyevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü (dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub.
Samir Mehdiyev Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar