POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Baxılıb: 731 Tarix: 09-05-2025 18:10

Azərbaycanda polis xidmətinin fəaliyyətində təqdirəlayiq məqamlar vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Bir çox qədirbilən vətəndaşlar sadəcə “bu, polisin vəzifə borcudur” deyib keçməklə kifayətlənmir, asayiş keşikçilərinə bəslədikləri rəğbət hisslərini açıq şəkildə ifadə etmək üçün tribuna axtarırlar.
“Qanun və Hədəf” ictimai-siyasi hüquq qəzeti belə pozitiv təşəbbüslərə həmişə müsbət yanaşaraq dəstəkləmişdir.
Vətəndaş Tağızadə Rəsmiyyə Davud qızı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin (PB) rəisi polis polkovnik-leytenantı Toğrul Hüseynova, Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə rəisi polis mayoru Ərəstun Qurbanova, Nəsimi RPİ-nin 21-ci PB-nin Baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Rüstəm Quliyevə, Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Musa Hümbətova, onun müraciətinə həssas yanaşdıqlarına və operativ reaksiya verərək ona məxsus olan itmiş reklam lövhəsinin qısa zaman ərzində tapılmasında göstərdikləri köməkliyə görə dərin minnətdarlığını bildirir, dövlətə, dövlətçiliyə xidmət yolunda uğurlar arzulayır.
Ən çox oxunanlar
Son xəbərlər