Xəbər lenti
14/09/2026 [12:51]
Sabah 34° isti olacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Astarada 16 yaşlı qızın ölümünün əsl SƏBƏBİ məlum olub

Baxılıb: 654     Tarix: 08-05-2025 10:38   

Beynində daşıdığı milyonda bir rast gəlinən virus 16 yaşlı Astara sakini Gülnarə Əlizadənin həyatına son qoyub.
Təqribən 2 ay əvvəl dərs vaxtı onun səhhətində problem yaranıb. Həkimlər tərəfindən görülən tədbirlərə baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmayıb.
Mütəxəssislər bildirirlər ki, yeniyetmənin ölümünə səbəb baş və beyində yaranan iltihabdır.
"Kəskin disseminəedici ensefalomiyelit baş və onurğa beyin iltihabı xəstəliyidir. İmmun sisteminə olan təsir nəticəsində beyində olan iltihab və buna bağlı zədə formalaşır. Hər hansı bakterial yoluxma və virus nəticəsində yarana bilər. Əsasən qış və yaz aylarında təsadüf olunur. İnfeksiyadan 2 həftə sonra nevroloji əlamətlər görünür. Temperaturun qalxması, yerişin pozulması, keyimələr, görmə pozuntusu, ikili görmə kimi əlamətlərə çox rast gəlinir", − deyə nevroloq Elşən Qarayev bildirib.
Mütəxəssislərin sözlərinə görə, müalicəyə vaxtında başlanılsa, müsbət nəticə əldə etmək mümkündür. Diqqət etməli olduğumuz ən həssas məqam düzgün diaqnozun təyin edilməsidir./BAKU.WS
Ətraflı Baku TV-nin süjetində:



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar