Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü, yaralılar var

Baxılıb: 786     Tarix: 08-05-2025 12:45   

Hacıqabul rayonunda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb.
Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər Rayon İcra Hakimiyyətinin işçiləridir.
Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər RİH-nin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı əməkdaşlar xəsarət alıblar.
Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar və orada müalicə olunurlar.
Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, həmin şəxslər hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar və tədbir bitəndən sonra rayona qayıdırlarmış.

Qanunvehedef.az



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar