Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Hindistanla gərginliyə son qoymaq üçün şərti açıqladı

Baxılıb: 800     Tarix: 07-05-2025 11:41   

“Nyu-Dehli də bununla razılaşarsa, Pakistan Hindistanla hərbi gərginliyə son qoymağa hazırdır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg TV”yə müsahibəsində deyib.
“Son iki həftə ərzində biz dəfələrlə Hindistana qarşı düşmən xarakterli addım atmayacağımızı demişik. Lakin əgər bizə hücum edərlərsə, cavab verəcəyik. Hindistan geri addım atarsa, sözsüz ki, bu gərginliyə son qoyacağıq”, - deyə pakistanlı nazir qeyd edib.
Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edib və ölkə ərazisinə zərbələr endirib. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib. Ən son məlumata görə, nəticədə Pakistanda 26 nəfər həlak olub, 46 nəfər isə yaralanıb. Hindistanda isə ölənlərin sayı 10, yaralıların sayı 48 nəfər təşkil edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar