Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qonşuları Maskdan şikayət etdi - Foto

Baxılıb: 444     Tarix: 08-05-2025 09:14   

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın qonşuları milyarderdən qanunu pozaraq tikdiyi iddia edilən hündür hasarın sökülməsini tələb edirlər. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd olunur ki, Mask bir müddət əvvəl Texas ştanını Ostin şəhərində prestijli ərazidə ev alıb.
Qonşular mülkdə yalnız təmir və tikinti işçiləri göründüyü üçün 6 milyon dollarlıq malikanənin yeni sahibinin kim olduğunu bilməyiblər.
Lakin tezliklə evin milyarderin olduğu məlum oldu.
Nəşrin yazdığına görə, problem ondadır ki, Maskın ilk növbədə tikintiyə başlamaq və yalnız bundan sonra  icazə almağa çalışmaq vərdişi var. Sözügedən hasar da məhz belə tikilib.
Yerli qaydalar Ostində iki metrdən hündür hasarlar tikməyi qadağan edir. Lakin Maskın malikanəsi beş metrlik hasar və hündür polad darvazalarla təmin olunub.
Ərazidə yaşayan sakinlər qanun pozuntusuna etiraz edərək onu şikayət ediblər. Hasarla bağlı məsələyə şəhər şurasının mayın 14-də keçiriləcək iclasında baxılacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2