Xəbər lenti
20/09/2023 [15:37]
Prezident qəbul keçirdi
Arxiv
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb

Baxılıb: 397     Tarix: 30-05-2023 11:25   

Türkiyədə mayın 28-də ikinci turu keçirilən prezident seçkilərində yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da baş tuta bilər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq.
Bildirilib ki, millət vəkilləri üçün andiçmə mərasimi iyunun 2-də Böyük Millət Məclisində təşkil olunacaq.
Məlumata görə, R.T.Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün mayın 28-i səsvermənin ikinci turu keçirilib. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar