Xəbər lenti
Arxiv
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“QHT-lərə bu mövzuya görə 667 min manat ayrılıb”

Baxılıb: 721     Tarix: 10-03-2025 12:16   

“Bu il Qərbi Azərbaycan mövzusu ilə bağlı QHT-lərə ümumilikdə 667 min manat vəsait ayrılıb”.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkil etdiyi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.
“Bildiyiniz kimi, artıq Qərbi Azərbaycan mövzusu beynəlxalq leksikonda və beynəlxalq gündəlikdə tez-tez çəkilən məsələlərdən biridir. Bu günə qədər Agentliyin maliyyə dəstəyi ilə 53 layihə icra olunub.
Agentlik ilk dəfə 2023-cü ildən başlayaraq Qərbi Azərbaycana qayıdış konsepsiyasının icrasına ictimai dəstəyin göstərilməsi ilə bağlı qrant müsabiqə elan etmişdi. Bu müsabiqədə 24 layihə qalib elan olunmuşdu və ümumilikdə 485 min 500 manat qrant ayrılmışdı. 2024-cü ildə də mövzu öz aktuallığını saxlayıb və mövzu üzrə 29 layihəyə 374 min 50 manat vəsait ayrılmışdı. Bu il isə QHT-lər tərəfindən mövzuya maraq artıb və 51 layihə qalib elan olunub. 7 martda açıqlanan nəticələrə görə, ümumilikdə 667 min manat vəsait bu layihələrə maliyyə dəstəyi göstərmək üçün ayrılıb”, - deyə Aygün Əliyeva bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2