Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Eldar Salahov Bakı Limanına baş direktor təyin edildi

Baxılıb: 724     Tarix: 07-07-2025 11:20   

“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə yeni baş direktor təyin edilib.
Qanunvehedef.az ADY-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Eldar Salahov gətirilib.
E. Salahov Peşə Təhsili üzrə Dövlət Agentliyində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri vəzifələrində çalışıb. O, ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.
Qeyd edək ki, Prezidentin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar