Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəzər rayonunda payız-qış mövsümünə hazırlıq və abadlıq işləri müzakirə olundu – Bir sıra vəzifəli şəxslərə intizam tədbirləri görüldü

Baxılıb: 1222     Tarix: 12-10-2026 12:21   

Xəzər Rayon İcra Hakimiyyətində rayon ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, eləcə də küçə və prospektlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.


Müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.


İclas zamanı rayon ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin mövcud vəziyyəti, küçə və prospektlərin sanitar-təmizlik səviyyəsi, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə mənfi təsir göstərən amillər ətraflı müzakirə olunub. Eyni zamanda, qəzalı tikililərin vəziyyəti və ərazilərdə aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilib.


Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında aidiyyəti qurumların qarşısında duran vəzifələri diqqətə çatdıraraq, ərazilərdə mövcud problemlərin operativ şəkildə həll edilməsinin, abadlıq və təmizlik işlərinin davamlılığının təmin olunmasının vacibliyini vurğulayıb. Rayonun qəsəbələrində vəziyyətə nəzarətin gücləndirilməsi, mövcud nöqsanların vaxtında müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı məsul şəxslərə konkret tapşırıqlar verilib.


Müşavirədə ərazilərə nəzarətin zəif təşkili və yol verilmiş nöqsanlarla əlaqədar intizam tədbirləri də görülüb. Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin nümayəndələrinə isə xəbərdarlıq edilib.


Bununla yanaşı, digər qəsəbələrin nümayəndələrinə də öz fəaliyyətlərinə daha məsuliyyətlə yanaşmaq, aşkar edilmiş çatışmazlıqları qısa müddətdə aradan qaldırmaq və ərazilərdə görülən işlərin keyfiyyətinə nəzarəti gücləndirmək tapşırılıb. Gələcəkdə oxşar halların təkrarlanmaması üçün aidiyyəti qurumların fəaliyyətinin daha səmərəli təşkili və məsuliyyətin artırılması xüsusi olaraq qeyd edilib.


Payız-qış mövsümünə hazırlıq çərçivəsində bu istiqamətdə görülən işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, rayon ərazisində təmizliyin, abadlığın və yaşıllıqların qorunmasının təmin olunması mühüm əhəmiyyət daşıyır. Qarşıya qoyulan vəzifələrin icrası Xəzər rayonunun qəsəbələrində yaşayış mühitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması və sakinlərin rahatlığının təmin edilməsi baxımından vacibdir.

 

Qəni Hüseynov

 Qanun və hədəf qəzetinin şöbə müdiri









{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar