Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kamran Əliyev Səbaildə vətəndaşları qəbul etdi - Fotolar

Baxılıb: 987     Tarix: 16-10-2026 15:22   

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Qanunvehedef.az xəbər verir ki, bu gün Baş prokuror Kamran Əliyev Səbail Rayon Prokurorluğunun inzibati binasında Səbail rayonundan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl inzibati binada Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.



Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar